Bazar , 23 Fevral 2025
Drone Cameras

Ekvadorda mədən yaxınlığında qruplaşmaların toqquşmasında 5 nəfər ölüb

Ekvadorun cənubunda mədən yaxınlığında qruplaşmanın toqquşması nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə polisi sosial şəbəkədə bildirib.

“Çərşənbə axşamı səhər saatlarında Asuay əyalətinin Kamilo-Ponse-Enrikes kantonunda mədəndə mütəşəkkil cinayətkar qrupların üzvləri arasında baş verən qarşıdurma 5 nəfərin ölümünə səbəb olub. Üç nəfər yaralanıb”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanları hadisədə iştirak edənləri axtarır.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …