Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Əli Əsədov Qazaxıstanın yeni Baş nazirini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən  bildirilib ki, məktubda Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Həmçinin, iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı məqsədilə fəal birgə fəaliyyətə hazırlıq ifadə olunub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …