Cümə , 27 Mart 2026
Drone Cameras

Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir

Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir.

Boyukmillet.com xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusunda keçirilən 9-cu Panel sessiyasında çıxış edən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev deyib.

Diplomat qeyd edib ki, mədəni irsin qorunması istiqamətində səylər birləşdirilməlidir:

“Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Münaqişələr mədəni irsimizə çox böyük təhdid törədir. Amma bizim mədəniyyətimiz davamlıdır və bu davamlılıq bizim birgə səylərimizdən də asılıdır.

Müzakirələrimiz bizim ortaq öhdəliklərimizlə paralel aparılır və düny irsinin qorunmasına da töhfə verir. Biz nəzərdə saxlamalıyıq ki, kollektiv səylərimiz çox önəmlidir. Biz bir daha öhdəlik götürürük ki, dialoq və əməkdaşlıq körpüsü qurmalıyıq”.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …