Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Elşad İsgəndərov: Azərbaycan və Rusiyanın birgə səylərinin vektorlarından biri regional əməkdaşlığın təmin edilməsidir

Birgə səylərin istiqamətləndirilməsi vektorlarından biri regional siyasi və iqtisadi əməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxilə cəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

“Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizin görüşdüyü platforma artıq beşinci iclasını keçirir”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu tədbirin keçirilməsi Rusiya-Azərbaycan münasibətlərini daha da yaxınlaşdırmaq iradəsinin necə reallaşdığına nümunədir:

“Üç il əvvəl bu fikir ilk dəfə səsləndiriləndə qeyd etmişdik ki, bu görüş sadəcə bir dəfə keçirilməməlidi və bu təşəbbüsün praktiki nəticəsi olmalıdır”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …