“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”.
Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub.
“Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, – Emin Hüseynov bildirib.
O, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətlərinin çəkildiyini, beynəlxalq hava limanının tikildiyini qeyd edib.