Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Epidemiya elan etməməsi üçün Çin Ümumdünya Səhiyyə Təşkilatına təzyiq edib – ABŞ kəşfiyyatından sensasiyalı hesabat

Koronovirus epidemiyası ilə bağlı həyəcan siqnalı verməməsi üçün Çin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təzyiq göstərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hesabatında deyilir. 

“Newsweek” jurnalının iki kəşfiyyat əməkdaşı tərəfindən təsdiqlənən MKİ hesabatına istinadən yaydığı xəbərdə ÜST fövqəladə vəziyyət elan edəcəyi təqdirdə Çinin əməkdaşlığı kəsəcəyini bildirilir.

ÜST mətbuat katibi Kristian Lindmayer “Newsweek”ə verdiyi açıqlamada məsələ ilə bağlı şərh verməyəcəyini deyib.

“ÜST tövsiyələrini elmə, əhalinin səhhəti üçün ən yaxşı tətbirlərə, sübutlara, məlumatlara və müstəqil mütəxəssislərin baxışlarına əsaslanır” – Lindmayer deyib.

Lindmayer “Pekinin təzyiqlərinin mənbəyi” kimi göstərilən Çin dövlət başçısı Si Tsinpin və ÜST sədri Tedros Adanom Qebreisus arasında 21 yanvarda baş tutan telefon görüşünün əslində olmadığını iddia edib:

“Doktor Tedros və komandası sədr Si ilə 28 yanvarda Pekində görüşdü və epidemiya həyəcanı məsələsi o görüşdə səsləndirilmədi”.

Qeyd edək ki, prezident Tramp başda olmaqla ABŞ hakimiyyəti Çini epidemiya ilə bağlı erkən xəbər verməməkdə ittiham etmişdi. 

Məsələ ilə bağlı MKİ-nin hesabatına oxşar bir iddia da Almaniya mətbuatı tərəfindən yazılmışdı.

“Der Spiegel” jurnalının alman kəşfiyyat idarəsi BND mənbələrinə istinadən yaydığı xəbərdə Çin dövlət başçısı Si Tsinpin və ÜST sədri Tedros Adanom Qebreisusun 21 yanvarda telefon görüşü keçirdiyini, bu görüşdə Si Tsinpinin Qebreisusdan koronovirusun insandan insana keçməsi məlumatı və epidemiya bəyanatını gecikdirməyi xahiş etməsi istənilmişdi.

ÜST iddiaları “əsassız və həqiqətə uyğun olmayan” adlandırmış, Çin ittihamları rədd etmişdi.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …