Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Eqco News”: “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının həqiqi ruhunu qaytarır”

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı müharibə fonunda yeni məna kəsb edən Qoşulmama Hərəkatının (QH) həqiqi ruhunu geri qaytarır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Afrika & Sharing” analitik mərkəzinin rəhbəri, CERAD-ın prezidenti, professor Kristian Qambottinin “Eqco News”da dərc olunan məqaləsində deyilir.

“120 dövlət və 17 müşahidəçi ölkənin daxil olduğu Qoşulmama Hərəkatı bununla da öz çəkisini və legitimliyini bərpa edir. Məhz Qoşulmama Hərəkatının bu həqiqi ruhunu Azərbaycan Prezidenti İlham Əliyev dirçəltmək istəyir”, – o qeyd edib.

K.Qambotti vurğulayıb ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün dövlətlər arasında həmrəylik siyasəti ilə dəstəklənən balans diplomatiyasını təşviq etmək üçün bir fürsətdir.

Məqalədə qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə koronavirus əleyhinə vaksinlərin dünyanın ən az inkişaf etmiş ölkələrinə verilməsi üçün kampaniya aparıb: “2023-cü ilin martında Azərbaycan Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin sammitini təşkil edir və bu sammitdə postpandemiya dövründə üzv ölkələrdə, xüsusən də Afrika ölkələrində iqtisadiyyatın bərpası müzakirə olunub. Münaqişə risklərini azaltmaq və Qoşulmama Hərəkatının ideyalarını yaymaq üçün Azərbaycan hələ 2022-ci ildə hərəkatın parlament şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılıb”.

Professor sonda qeyd edib ki, hazırkı Bakı sammiti Qoşulmama Hərəkatı ölkələrinə dünyada sülhün bərqərar olmasında mühüm rol oynamağa imkan verəcək.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …