Bazar , 15 Mart 2026
Drone Cameras

Ərdoğan ABŞ-ni ittiham edib

“Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır”.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ABŞ pulunun ödənilməsinə baxmayaraq, hələ də Türkiyəyə F-16 qırıcı təyyarələrini vermir: “Amma Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Amma o problemləri həll edə biləcək tezislərə də sahibik”.

R.T.Ərdoğan söyləyib ki, yeni bir dövr başlayarsa, hər kəs verdiyi vədi yerinə yetirərsə, xarici təsirlər neytrallaşarsa, bundan hamı qazanar: “Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”.

Check Also

SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Bu barədə …