Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ərdoğan Rusiya və Ukraynaya çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.

Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri hökumətin iclasından sonrakı çıxışında deyib ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq istiqamətindəki səylərini dəstəkləyir.

“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, – Ərdoğan deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər və amma bəzi güclərin müdaxiləsi səbəbindən bu, alınmayıb.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …