Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

“Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür”, – Ərdoğan bildirib.

O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …