Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Qabon arasında “Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol”u da təsdiqləyib.

Hər iki sənəd imzalandığı gündən qüvvəyə minib.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …