Cümə , 13 Mart 2026
Drone Cameras

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: “Belə bir məsələ olarsa, xəbər veriləcək”.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirmişdi ki, Ərdoğanın Ukraynaya səfərinə hazırlıq görülür.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …