Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

Ermənistanın müdafiə naziri yenə Rusiyaya gedib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib.

Boyukmillet.com “Report” “-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq.

Ermənistan müdafiə nazirinin Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.

Xatırladaq ki, iyulun 27-də Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər etmişdi.

Qeyd edək ki, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas İrəvanda Arşak Karapetyanla görüşüb.

Sədrəddin Sultan

Check Also

Ermənistanda korrupsiya əməliyyatı: Eks-prezidentin qardaşı axtarışa verildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın həbsi barədə qərar …