Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Erməni hərbçiləri daşıyan alman təyyarəsinə Türkiyədən qadağa

Türkiyə Almaniya Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçuşuna icazə verməyib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniyanın Federal Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, iyulun sonunda Kölndən İrəvana uçmalı olan təyyarənin Türkiyə üzərindən keçməsinə razılıq verilməyib.

Məlumatda qeyd olunur ki, təyyarə erməni əsgərlərini Almaniyaya hərbi təlimlərə aparmaq məqsədi daşıyıb.

“Spiegel” Türkiyənin imtina ilə bağlı heç bir səbəb göstərmədiyini yazıb.

Erməni hərbçilər Almaniyaya başqa marşrutla getməli olublar. 

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …