Cümə axşamı , 16 May 2024
Drone Cameras

Erməni politoloq: “Gələcəkdə Türkiyənin Cənubi Qafqazda rolu artacaq”

“Gələcəkdə Türkiyə və İranın Cənubi Qafqazda rolu artacaq və Rusiya ən azı öz mövqeyini qoruyub saxlamağa çalışacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan “News.am”a açıqlamasında deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz regionunda Rusiyanın təsiri azalıb və buna paralel olaraq, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin rolu artıb.

“Qərb də aktiv olmağa çalışır, amma dünya siyasətində oyun qaydaları dəyişir. Əgər 15 il əvvəl yalnız bir fövqəldövlət var idisə, bu gün öz mövqelərini Çinə verir. Planetin müxtəlif yerlərində oyun qaydaları onların münasibətlərindən asılı olacaq”, – ekspert vurğulayıb.

Politoloq, həmçinin əlavə edib ki, hazırda Ermənistan-Rusiya münasibətləri çox aşağı səviyyədədir.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …