Cümə , 22 Noyabr 2024
Drone Cameras

Erməni separatçılarının “lideri” Murova qalxdı – Fotolar

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında yaradılan qondarma separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan iyulun 18-dən 19-a keçən gecə Kəlbəcər rayonu ərazisindəki Murovdağın ən yüksək zirvəsi olan Gamışdağa(3724 m) qalxıb.

Erməni saytlarında və sosial şəbəkələrdə yayılmış bu haylı-küylü məlumata görə, separatçı lider bütün gecəni ermənilərin  Qarabağdakı ən uca dağımızda qurduğu  postlarda keçirib.

Bu barədə separatçı rejimin rəhbərinin mətbuat katibi Vaqram Poqosyan öz “Facebook” səhifəsində yazıb.

“Müdafiə Ordusu istər quruda, istərsə də havada vəziyyəti tam nəzarətdə saxlamaqda davam edir” -deyib V.Poqosyan.  /Moderator/

Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar
Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar
Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar
Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …