Bu yaxınlarda ABŞ-ın nüfuzlu foreingpolicynews.org saytında erməni xanımları tərəfindən ələ alınmış avropalı deputatların fəaliyyəti barədə yazı dərc olunub. Amerikalı jurnalist Peter Tasein müəllifi olduğu məqalənin maraqlı parcalarını diqqətinizə çatdırırıq. Avropa Parlamentində Almaniyanı təmsil edən millət vəkili Martin Sonneborn bu yaxınlarda Almaniya Federal Respublikası (AFR) tərəfindən tanınmayan və erməni separat rejimi tərəfindən idarə olunan Dağlıq Qarabağ Respublikasına səfər edib.
Onu bu səfər zamanı milliyyətcə erməni olan xanımı Klaudiya Tursarkisyan və Almaniyadan olan yazıçı, alim, jurnalistlərdən ibarət 25 nəfərlik heyəti müşayət edib , – bu barədə Martin Sonneborn öz Facebook səhifəsində məlumat verib. “Mən Almaniyadan jurnalist, yazıçı, professorlardan ibarət 25 nəfərlik heyətlə Qarabağa gəlmişəm. Xanımım Klaudiya Tur-Sarkisyan da mənimlədir. O, bura Qarabağ haqqında film çəkmək üçün gəlib. Biz bu filmi dünyaya göstərəcək və bu bölgənin müstəqilliyə layiq olduğunu dünyaya nümayiş etdirəcəyik. Mən Brüsselə qayıdan kimi bu bölgənin müstəqil dövlət olmağa layiq olması ideyasını təbliğ edəcəm”, – deyə Almaniyadan olan millət vəkili Dağlıq Qarabağda keçirdiyi mətbuat konfransında bildirib. Martin Sonneborn 2014-cü ildə Avropa Parlamentinin üzvü olub. Beş il müddətində “Titanik” satiric nəşrinin redaktoru olan cənab Sonneborn seçki kompaniyası gedişində digər ölkələrin “uğurlu siyasi təlxəklərindən” , o cümlədən ABŞ prezidenti Donald Trampdan ilham aldığını bildiriib. Onun seçkilərdə qələbə qazanması nəinki Almaniya siyasi dairələri, o cümlədən Sonnebornun özü üçün gözlənilməz olub . Alman mətbuatında Sonnebornun partiyasının “Merkel axmaqdır” kimi populist şüarlar hesabına parlamentdə iki yer qazanması vurğulanır. Sonnebornun seçiləndən sonra ətraf mühitin qorunması, maliyyə böhranı, milliyyətçiliyin inkişafının qarşısının alınması kimi Almaniya vergi ödəyicisini narahat edən problemləri qırağa qoyub separatçı erməni rejimi tərəfindən idarə edilən Dağlıq Qarabağ Respublikasına iki dəfə səfər etməsi və separatçı rejim tərəfindən yaradılan dövlətin müstəqilliyi fikrini lobbiləşdirməsi də bəlkə onun ciddi siyasətçi deyil populist təbiətindən irəli gəlir. Dağlıq Qarabağ Respublikası Cənubi Qafqazda yerləşən neftlə zəngin Azərbaycanın ərazisində yerləşir. SSRİ dağılan dövrdə həmin ərazidə yaşayan etnik ermənilər Ermənistan Respublikasının təhriki ilə özlərinin müstəqilliyini elan edir və Azərbaycandan ayrılmaq istəyini ortaya qoyurlar. BMT erməni etnik azlığının elan etdiyi Dağlıq Qarabağ Respublikasını tanımır və bu barədə bir necə qətnamə qəbul edir. Dağlıq Qarabağ Martin Sonnebornun təmsil etdiyi AFR tərəfindən də separatçı rejim kimi dəyərləndirilir. Bu barədə AFR XİN-in rəsmi saytında da məlumat yer alıb. AFR XİN rəsmi saytında Almaniyanın “Dağlıq Qarabağ Respublikası”nı tanımaması və ora səfər edən Almaniya vətəndaşlarına konsul dəstəyinin göstərilməməsi açıq şəkildə öz əksini tapıb. Saytda həmçinin qeyd olunub ki, Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan edilən səfərlər Azərbaycan qanunvericiliyinə zidd olduğundan AFR XİN öz vətəndaşlarını bu əraziyə səfərlərdən çəkinməyə çağırır. Martin Sonnebornun Dağlıq Qarabağa son səfərinə qiymət verən AFR XİN millət vəkilinin separatçı rejimin hakimiyyətdə olduğu ölkəyə səfərini pisləyib, amma millət vəkillərinə təsir etmək imkanında olmadığını deyib. Öz növbəsində Azərbaycan ərazisinə qanunsuz səfər etmiş alman millət vəkilini “arzuolunmaz qonaqlar ” siyahısına salıb. Amma özünü Avropa dəyərlərinin daşıyıcısı hesab edən Sonneborn tvitter hesabında bundan əsla qayğılanmadığını və gələn dəfə Dağlıq Qarabağa 100 nəfərlik heyətlə getməyə hazırlaşdığını bildirib. Bəs görəsən cənab Sonnebornu Avropa dəyərlərinə zidd hərəkətlər etməyə hansı maraqlar vadar edir? Avropalı parlamentar separat rejimlər tərəfindən idarə olunan ölkələrin dərdinə qalırsa nədən digər bu qəbildən olan ölkələrə məsələn Osetiyaya, Abxaziyaya və ya Krıma deyil məhz erməni separatçıları tərəfindən idarə olunan Dağlıq Qarabağa səfərlər edir, hər hansı sübut gətirmədən azərbaycanlıları “köçəri tatarlar” adlandırır , qondarma respublikaya avropalıların turist səfərlərini təşkil etmək istəyini ortaya qoyur? Bəlkə cənab Sonnebornu Avropa dəyərlərinə qəti şəkildə uyğun gəlməyən islamafob rasist hisslər idarə edir? Belə ki , adını çəkdiyimiz və separatçı rejimlər tərəfindən idarə olunan digər ölkələr – Ukrayna və Gürcüstan Azərbaycandan fərqli olaraq müsəlman ölkələri deyil. Azərbaycan rəhbərliyini korrupsiyalaşmada ittiham edən cənab Sonneborn bəlkə özü Ermənistan hakimiyyəti ilə korrupsiya əlaqəsinə girib? Onun Dağlıq Qarabağa səfərinin Brüsseldə mənzillənmiş və “Böyük Ermənistan” ideyasının lobbiləşdirilməsi məqsədilə yaradılan The European Armenian Federation for Justice and Democracy (EAFJD) tərəfindən açıq dəstəklənməsi məhz bu fərziyyənin doğru olması qənaətinə gəlməyə imkan verir. Almaniyalı parlamentarı Dağlıq Qarabağa səfəri zamanı da məhz bu təşkilatın rəhbəri Kaspar Karapetyan müşayt edib, onun bütün görüşlərində iştirak edib. Əgər cənab Sonnerbornu qondarma respublikaya aparan “erməni etnik azlığına” kömək etmək idisə nədən o həmin əraziyə tək səfər etməyib? Öz tvitter və facebook səhifələrində səfəri barədə yetərincə məlumat verən alman millət vəkili bir yerdə də olsun səfərinin hansı mənbə hesabına maliyyələşdirildiyini bildirmir.
Diqqət çəkən məqamlardan biri də Martin Sonnebornun “Telepolis” nəşrinə verdiyi müsahibə zamanı siyasi baxışlarının milliyyətcə erməni olan xanımına hisslərdən qaynaqlandığını açıq etiraf etməsidir.
“Mənim xanımım ermənidir . Əvvəllər mən Avropa Birliyini Türkiyəni öz sıralarına qəbul etməyə çağırırdım . Amma nigaha daxil olandan sonra fikrimdən döndüm. Əgər bizim partiya hakimiyyətə gəlsə türklər heç vaxt Avropa Birliyinə daxil ola bilməyəcəklər”, – deyə Martin Sonneborn vurğulayır. Bu bəyanatı bir daha onun siyasi fəaliyyətində şəxsi hisslərini Almaniya vergi ödəyicilərinin maraqlarından və Avropa dəyərlərindən daha üstün tutmasından xəbər verir. Onu da qeyd edək ki, ermənilər alman satirikləri ilə yanaşı açıq faşist şüarlar irəli sürən siyasətçilərin də xidmətlərindən həvəslə istifadə edir. Belə ki, 2019 -cu ilin yazında Azərbaycanın işğal altında olan ərazilərinə alman Bundestaqının digər deputatı Ştefan Köyter də səfər edir. Stern.de alman saytının yazdığına görə, çənab Köyteri alman bloqqerlərindən biri məhkəməyə verib. Buna səbəb millət vəkilinin jurnalisti “yəhudi donuzu” adlandıraraq ona “hay Hitler” deyə müraciət etməsi olub. Köyteri qəzəbləndirən isə bloqqerin adı çəkilən məybu orqanda Köyterin Whatsapp vasitəsilə Hitlerin “Xay Vyana” kəlamını yayması barədə araşdırmanı çap eləməsi olub. Araşdırmanı oxuyan millət vəkili bloqeri təhqir edərək yazını pozmağı tələb edib.
Stern.de həmçinin Köyterin hamamının divarımda faşist işarəsinin nəqş olunduğunu bildirir. Köyterin həmçinin Whatsapp Hitlerin Vyanadakı fotolarının Hitlerin şamdan hazırlanmış fiqurunun fotolarını yayımladığı bəllidir, deyə stern.de yazır. Dağlıq Qarabağda elan edilmiş separatçı rejimə dəstək göstərən millət vəkilləri arasında Lüksemburqu Avropa Parlamentində təmsil edən Frank Engel də fəaliyyəti ilə seçilir. Sputnik Armenia nəşrinjin yazdığına görə, Frank Engel milliyyətcə erməni olan Tatev Manukyanla ailə qurduqdan sonra “bal ayını” işğal altında olan Azərbaycan torpaqlarında keçirib. “Dağlıq Qarabağdan qayıtdıqdan sonra Frank Engel özünün Brüsseldəki rezidensiyasının qapısına vurulmuş lövhədə yazılmış soyadının sonuna “-yan” şəkilçisi əlavə edərək Enqelyana çevirib”, – deyə Sputnik Armeniya bu hadisənin şahidi olduğunu israr edən Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayana istinad edərək yazır.
Digər erməni mənbəyinin isə diqqətini Frank Engelin xanımının öz sosial şəbəkə profilində yerləşdirdiyi post çəlb edib. Həmin posta görə, milli erməni geyimlərində şəkil çəkdirən Avropalı parlamentar azərbaycanlıların bir millimetr belə Dağlıq Qarabağ torpağını geri almasına imkan verməyəcəyini bildirib. “Оnlar (azərbaycanlılar – ред.) bir millimetr belə torpaq geri ala bilməyəcəklər. Bunun naminə mən hərbi forma geyinməyə belə hazıram”, deyə rusarminfo.ru saytı Avropalı deputatdan sitat gətirərək qeyd edir. Bu fakt da bir daha bəzi Avropalı deputatların şəxsi hisslərini Avropa verg iödəyicilərinin maraqlarından daha üstün tutmasını və Avropa dəyərlərini sual altına almasını sübut edir. Frank Engel Dağlıq Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan getdiyi üçün beynəlxalq Azərbayca prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib. Qeyd edək ki, erməni və alman mətbuatında adı çəkilən və əsasən millət vəkillərinin dilindən verilən bu faktlar terrorizm və separatçılığın sərhəd bilmədiyindən və avropalıların ürəyinə asanlıqla yol tapa bilmələrindən xəbər verir. anews.az