Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır – TARİXİ ADDIM

Xəbər verdiyimiz kimi, Özbəkistan türksoylu dövlətlərin birləşdiyi Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxarıb. Türkmənistan isə qurumda hələki müşahidəçi qisimdə təmsil olunacağını bildirib.

Bu arada Türk Konseyi ilə bağlı daha bir tarixi, strateji əhəmiyyətlı məsələ gündəmdədir.

Boyukmillet.com xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Konseyinin Avropa qərargahı fəaliyyətə başlayır.

Qərargahın açılışı sentyabrın 19-da Türk Konseyinə üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Macarıstanın paytaxtında olacaq.

Beləliklə, Avropanın mərkəzində – Ağ Hunların, Atillanın vətənində Türk Konseyinin Avropa qərargahı daimi fəalyyət göstərəcək.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …