Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”

Əziz Ələkbərli: “Erməni yalanlarını ifşa etmək üçün bütün vasitələrdən istifadə etməliyik”

Ötən gün Yeni Azərbaycan Partiyasının İcra Katibiyində millət vəkili Əziz Ələkbərlinin tərtibatçısı olduğu  “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib.

Maraqlıdır, erməni yalanları və vəhiliklərinin beynəlxalq miqyasda ifşası baxımından bu kitabın müxtəlif xarici dillərə tərcümə edilərək yayılması daha faydalı olmazmı?

Moderator.az-a açıqlama verən millət vəkili Əziz Ələkbərli artıq belə bir fikrin olduğunu vurğulayıb:

“Artıq belə bir fikir var və videokonfransda Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov bu fikri səsləndirdi. Kitabın ingilis və rus dillərinə tərcüməsi və nəşri nəzərdə tutulur. Kitabın həmin dillərdəki elektron variantları internetdə yerləşdiriləcək.

Mən də hesab edirəm ki, erməni yalanlarını ifşa edən bu cür kitablar beynəlxalq arenaya çıxarılmalıdır. Erməni yalanlarını ifşa etmək üçün biz bütün vasitələrdən istifadə etməliyik”.

Seymur ƏLİYEV

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …