Şənbə , 10 May 2025
Drone Cameras

Ermənilər 200-dən çox yaşayış məntəqəsinin adını dəyişdirib

“Erməni vandalları Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımızı, yaşayış məntəqələrimizi viran qoymaqla kifayətlənməyiblər. Onlar oradakı çoxsaylı yaşayış məntəqələrimizin adlarını da süni şəkildə dəyişdirərək erməniləşdiriblər”.

Bunu  Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni vandalları tərəfindən adları süni yollarla dəyişdirilən yaşayış məntəqlərimizin sayı 200-dən çoxdur:

“Ali Baş Komandanın qanunvericilik təşəbbüsü ilə işğaldan azad edilən bir neçə kəndin adlarının özünə qaytarılması istiqamətində ilkin addımlar atılıb. Lakin qarşıdakı dövr ərzində bizim üzərimizdə yüzlərlə kəndin adının yenidən özünə qaytarılması istiqamətində vəzifə dayanır”

Check Also

Şəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

“Bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına …