Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənilər Füzulidə 1400 yaşı olan çinar ağacını məhv ediblər

“İşğala qədərki dövrdə Füzuli rayonunda təbiət abidəsi statusuna malik 11 Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib”.

Boyukmillet.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, həmin təbiət abidələri sırasında hətta 1400 ilə qədər yaşı olan ağaclar olub: “Bu cür hal Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində də baş verib və bütün təbiət abidələri kəsilərək məhv edilib. Bu rayonların ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-i Şərq Çinarıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, bu təbiət əraziləri Azərbaycan SSR-i Nazirlər Sovetinin 1982-ci il tarixli qərarı ilə xüsusi qorunma statusu qazanıb və qorunan abidələr siyahısına daxil edilib: “Düşmən bu abidələri məhv etməklə bizim mənəvi irsimizə qarşı terror həyata keçirib”.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …