“Əksəriyyət Kəlbəcəri tərk edib, sadəcə hərbçilər, polislər qalıb”.
Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın RBC agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev deyib.
Onun sözlərinə görə, bir neçə gün sonra rayon ərazisində faktiki heç kəs qalmayacaq. A.Atasuntsev vurğulayıb ki, ermənilər gedərkən evləri qəsdən yandırırlar.