Bu gün səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub.
Boyukmillet.com-un məlumatına görə, yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib.
Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.
Ermənistan dinc sakinləri atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.
AZƏRTAC-ın fotoqrafı Tofik Babayevin düşmənin hədəf aldığı məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən çəkdiyi fotoları təqdim edirik.