Bazar , 27 Aprel 2025
Drone Cameras

Ermənilər Qarabağa qayıtmamağa qərar verdi

Müharibə vaxtı Qarabağdan Ermənistana gedən ermənilər geri qayıtmırlar.

Boyukmillet.com xəbər verir ki, Ermənistan hökuməti geri qayıtmayan ermənilərlə bağlı proqramların icrasına başlayıb.

“Qarabağ əməliyyat qərargahı”nın sədr müavini Sasun Savadyan bildirib ki, artıq Qarabağdan gələn ermənilərin Ermənistanda yaşamaq məsələsinin həlli ilə bağlı işlərə start verilib.
Bununla yanaşı, Ermənistan hökuməti bu ermənilərin mənzil məsələsinin həll ediləcəyi vədini də verib.
Bu fakt müharibə vaxtı Ermənistana gedən ermənilərin Qarabağa qayıtmayacağını təsdiqləyir. Hazırda Qarabağda 25 minə yaxın erməni yaşayır. Məlumatlara görə, qayıdan ermənilər tədricən bölgəni tərk edərək, Ermənistana köçür.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …