Ermənistan cəmiyyətinin qəzəbindən ehtiyatlanan rəsmi Yerevan Azərbaycan Ordusunun Şuşanı azad etdiyini ictimaiyyətə açıqlaya bilmir.
Boyukmillet.com xəbər verir ki, düşmənin təbliğat maşını Şuşanın itirilməsini qala-şəhər uğrunda döyüşlərin davam etdirilməsi kimi təqdim edir.
Amma şəhərin Azərbaycan Ordusunun tam nəzarəti altında olduğunu yayılan fotolardan da görmək mümkündür. Düşmənin yeni hərbi mövqeləri Şuşa ilə üzbəüz Xankəndi şəhəri istiqamətində yerləşib. Son günlərini yaşayan qondarma rejimin rəhbəri Araik Arutunyan Xankəndi istiqamətində qurulan döyüş mövqelərində hərbçilərlə görüşüb.
O, Xankəndi istiqamətində döyüşlərin getdiyini etiraf etməklə Azərbaycan Ordusunun uğurunu dolayısı ilə təsdiqləməli olub. (modern.az)