Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.
Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri – Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb.
Hazırda zərər dəymiş evlərin sayı araşdırılır.
İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Düşmənin rayon ərazisinə dayanmadan atdığı top mərmilərinin partlaması nəticəsində göyə tüstü qalxır.
Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.



