Şənbə , 28 Mart 2026
Drone Cameras

Ermənilər təşvişdə: Bakı Fransada artıq dəstək qazanır

Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının aktivləşməyə başlamasından narahatdırlar.

Boyukmillet.com xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni jurnalist Tiqran Yekavyan deyib.

“Azərbaycan Fransaya tələbələr göndərərək və Bakıdakı fransız dilində təhsili genişləndirərək, yeni fransızdilli elita hazırlayır. Orada artıq fransız universiteti var və lisey yaradılması planları da mövcuddur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini Fransadakı bütün tərəflərə çatdırmaq istəyir.

O, Fransanın artıq sol partiyaları və KİV-lərinin azərbaycanyönlü mövqe tutduqlarını bildirib.

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …