Ermənistan silahlı qüvvələri mülkü əhalinin yaşadığı kəndləri hədəf almağa davam edir.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, düşmən tərəfindən atılan mərmiləridən biri Goranboy rayonunun Hacallı kəndindəki yaşayış evinin yaxınlığına düşüb. Nəticədə Kinyaz Nəcəfova və daha bir kənd sakininə məxsus evlərə zərər dəyib. Bir neçə mərmi isə əkin sahələrinə düşüb.
Qeyd edək ki, ümumilikdə 15-ə yaxına evə və yardımçı tikililərə zərər dəyib, bir neçə iri və xırda buynuzlu heyvan tələf olub.