Ermənistanı Dağlıq Qarabağla cəmi 3 yol birləşdirir.
Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dağlıq Qarabağdan çıxanlar 3-cü yoldan istifadə etməklə Ermənistana keçə bilər.
Qeyd edək ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollardan ən əhəmiyyətlisi olan “Laçın dəhlizi” – İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu ötən gün mülki şəxslərin istifadəsinə bağlanıb.
İkinci dəhliz funksiyasını daşıyan Sotk-Karvaçar, yəni İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi yolu isə 25 oktyabrda mülki şəxslərin keçidi üçün qadağan olunub.
Üçüncü dəhliz Vardenis-Ağdərə magistral yoludur ki, bu yol Kəlbəcərin mərkəzini Qeqarkunik vilayətinin Norabak kəndindən keçməklə İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi şossesinə, yəni 2-ci dəhlizə birləşdirir. (publika.az)