Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb.
Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb.
Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb.
Həkimlər yaralının həyatı üçün hər hansı təhlükənin olmadığını bildiribər. FHN-in əməkdaşı cərrahi əməliyyat edilib.
Qeyd edək ki, bu, Qarabağda müharibənin dayandırılmasından sonra ermənilərin axtarış-xilasetmə əməliyyatları zamanı xəsarət almaları ilə bağlı üçüncü hadisədir. Daha əvvəl ermənilərin basdırdıqları mina partlayışı ilə bağlı iki analoji hadisə baş verib.
Xatırladaq ki, Ermənistan noyabrın 10-da imzalanmış Qarabağ bəyanatını pozaraq minalanmış ərazilərin sərhədlərini təqdim etməkdən imtina edir.


