Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Erməninin yaxasından tutub soruşan yoxdur ki, ey yaramaz, haçandan bu yerlərin ağası olubsan?”

Əziz Ələkbərli: “Azərbaycan xalqı son nəfərinədək Ali Baş Komandanın yanında və onun verəcəyi qərarın arxasındadır”

Son günlər Ermənistanın Qazax istiqamətində çayların qarşısını kəsdiyi, bununla da bir neçə kəndi susuz qoyduğu ilə bağlı məlumatlar yayılıb.

Ermənistanın hərbi təxribatları ilə yanaşı, uzun illərdir ki, həyata keçirdiyi ekoloji terror faktlarını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağımız nə dərəcədə faydalı ola bilər? Ümumiyyətlə, Ermənistanın ekoloji terror siyasətinin ifşası istiqamətində yetərincə iş görülürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Əziz Ələkbərli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Artıq 32 ildən çoxdur ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Bu müddətdə Ermənistandan və ermənilərdən hər cür hərəkət görmüşük. Bu da normaldır, çünki söhbət terrorçu bir dövlətdən və faşist ideologiyası ilə tərbiyə olunmuş etnik bir toplumdan gedir. Təkcə son 32 ildə yox, həm də son 200 ildə ermənilər və erməni kilsəsi bölgənin yerli türk-müsəlman əhalisinə qarşı o hiyləgərlik, o yaramazlıq, o şərəfsizlik qalmayıb ki, eləməsin. Edib, müəyyən dərəcədə istədiyinə nail olub və üstündən bir qədər keçdikdən sonra biz bununla razılaşmışıq və ermənilərin etdiklərini bağışlamışıq. Dünyanın harasında görünüb ki, lap olsun müharibədə, öldürülmüş insanın, qətlə yetirilmiş dinc əhalinin, qadının, qocanın, uşağın cəsədi üzərində işgəncə hərəkətləri edəsən, meyidlərin sir-sifətini tanınmaz hala salasan? Dünyaynın harasında görünüb ki, insanları diri-diri qol-bud edəsən, parçalayasan, atıb tonqalda yandırasan və özün də baxıb bundan ləzzət alasan? Ermənilər son yüzil ərzində xalqımıza qarşı törətdikləri soyqırımları zamanı bunların hamısını, bundan da betərlərini xalqımıza qarşı ediblər. Bu nə vəhşilikdir, bu nə qeyri-insanlıqdır? Belə məxluqları insan adlandırmaq olarmı? Dünya buna necə susur? Dünya belə iblis törəmələrinə necə dəstək verir?

Bu qədər vəhşiliklərin müqabilində ermənilərin Azərbaycana qarşı ekoloji terror törətməsində təəccüblü heç nə yoxdur. Ermənilər bu sahədə öz vəhşi sifətlərini əvvəllər də dəfələrlə göstəriblər, onillər boyu Araza zəhərli kimyəvi maddələr axıtmaqla, işğal altındakı əraziləri yandırmaqla, su anbarlarının, çayların qarşısını kəsməklə və s. Adamı ağrıdan odur ki, bütün bu əməlləri bizim öz tarixi torpaqlarımızdan edirlər. Elə Qazax istiqamətində qarşısını kəsdikləri çaylar bizim tarixi Şəmşəddil mahalından, Dilican dərəsindən, Qaraqoyunlu dərəsindən axan Ağstafaçay çayıdır, onun qollarıdır. Erməninin yaxasından tutub soruşan yoxdur ki, ey yaramaz erməni, sən kimin suyunu kimə vermirsən, sən haçandan bu yerlərin ağası olubsan?

Əlbəttə, Erənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi bu ekoloji terror faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağımız son dərəcə vacibdir, amma ona görə yox ki, onlar bunun qarşısını alacaqlar, sözsüz ki, bunu etməyəcəklər, amma bunu ona görə etməliyik ki, ən azı dünya bilsin ki, biz erməninin bu cinayətlərinə susmaq fikrində deyilik.

Ermənistanın Tovuzdakı və Goranboydakı son hərəkətləri, Rusiyanın onu sürətlə silahlandırması və Ermənistan hakimiyyətinin partizan dəstələrinin yaradılması ilə bağlı son addımları sübut edir ki, Azərbaycan təcili olaraq işğal altındakı ərazilərində antiterror əməliyyatlarına başlamalıdır. Təbii ki, bu, qorxuludur, risklidir, bu əməliyyatların böyük müharibəyə çevrilməsi təhlükəsi var. Amma bizim bu müharibəyə başlamamağımızın Qarabağı həmişəlik itirmək kimi daha riskli bir sonuc təhlükəsi də var.

Ən önəmlisi odur ki, bütün hallarda Azərbaycan xalqı son nəfərinədək Ali Baş Komandanın yanında və onun verəcəyi qərarın arxasındadır. Güclü xalq, güclü dövlət və güclü prezidentin birliyi mütləq qələbə ilə sonuclanmalıdır və bu gün Azərbaycanda bu, var, deməli, qələbə bizimlə olacaq”.

Seymur ƏLİYEV

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …