Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ermənistan Mehridə yeni gömrük məntəqəsi tikəcək

“Mehridəki gömrük məntəqəsi sıfırdan tikiləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.

“Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, – o vurğulayıb.

Daha əvvəl qeyd edilib ki, Mehridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …