Bazar , 19 May 2024
Drone Cameras

Federasiya prezidenti: “Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”

“Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov millinin İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı deyib.

Federasiya rəhbəri qazanılan 37 medalı yüksək qiymətləndirib: “Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdir. Ən yaxşı idmançılar İtaliyadakı dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında layiqli çıxış edərək, ümumilikdə 37 medal qazandılar”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala qatılan yığma üzvləri 28 qızıl, 6 gümüş, 3 bürünc medal qazanıblar.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …