Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənistan sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməyib

Ermənistan sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmiz əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində deyilir.

“Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir”, – XİN qeyd edib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …