İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Bakı-xəbər qəzetinə bildirdi ki, Moskva razılaşması ilə bağlı yanlış təsəvvür yaratmağa çalışanlar var: “Bir qədər soyuqqanlı yanaşmalıyıq. Əldə edilən razılaşma heç də o anlama gəlmir ki, biz müharibəni tam dayandırmışıq. Bizim şərtlərimiz aydındır, bunu bəyan etmişik. Bu 13 gün ərzində biz işğal altında olan ərazilərimizin bir qismini hərbi yolla azad etdik. Ermənistan atəşkəs istəyirsə, bir çıxış yolu var, yerdə qalan əraziləri sakit şəkildə boşaltmalıdır. Bizim bu tələbimiz öz qüvvəsində qalmaqdadır. Moskvadakı razılaşmada Ermənistanın çalışdığı format dəyişikliyi baş verməyib. Qondarma qurumun adı bir yerdə də olsun hallanmayıb. Bundan əlavə, danışıqların baza prinsiplərinə uyğun şəkildə, əvvəlki formatda aparılması razılaşmada öz əksini tapıb. Halbuki, bir müddət əvvəl Paşinyan bu prinsipləri qəbul etmədiyini deyirdi. İstənilən halda, əldə olunan razılaşma humanitar xarakterlidir və tərəf kimi bizim üzərimizə hansısa məcburi öhdəliyi qoymur. Proseslərin gedişini izləyəcəyik. Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”.
Check Also
Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir
Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …