Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

Boyukmillet.com xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Rusiya gübrəsi ilk dəfə olaraq Azərbaycandan tranzitlə Ermənistana göndərilir.

Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton “Aİ 92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb. Bundan əvvəl isə yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Check Also

İnvestisiya fəaliyyəti ilə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …