Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanda əsgər ölümünün səbəbi məlum olub

Ermənistanın İstintaq Komitəsi Müdafiə Nazirliyinin bölmələrindən birinin hərbçisinin ölümcül güllə yarası almasının səbəblərini araşdırır. İlkin məlumata görə, o, intihar edib.

“İlkin məlumata görə, martın 17-də səhər saat 10:30 radələrində çağırışçı əsgər Eduard Rüstəmyan (2003-cü il təvəllüdlü) ona məxsus avtomatdan döş qəfəsindən ölümcül güllə yarası alıb”, – xəbərdə deyilir.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin “Hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı ilkin araşdırma aparılır.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …