Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ermənistanda gün ərzində ikinci atışma olub

Ermənistanın paytaxtı Yerevanda silahlı insident qeydə alınıb.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, paytaxtın Arabkir dairəsinin polis bölməsinə atışma barədə barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar operativ qrupun əməkdaşları Gülbenkyan küçəsinə gediblər. Bildirilir ki, alkoqollu içkinin təsiri altında olan kişi öz mənzilindən havaya atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirirək, bölməyə gətiriblər. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Təhqiqat aparılır.

Qeyd edək ki, bu, Ermənistanda gün ərzində qeydə alınan ikinci silahlı insidentdir. Daha əvvəl Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. Məlumata görə, “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …