Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanda hərbi geyimlərlə bağlı daha bir problem

Ermənistanda müharibəyə görə hərbi geyimlərin qiymətində böyük artım müşahidə edilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommandos” hərbi klubunun üzvü Voskan Marqaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, daha öncə 16 000 drama başa gələn isti gödəkcəni indi 25 000 drama satırlar.

V.Marqaryan qeyd edib ki, hərbi geyim satışı ilə məşğul olanların 80 %-i müharibə hesabına böyük gəlirlər qazanmağa başlayıblar.

Qeyd edək ki, oktyabrın 5-də Ermənistanın baş naziri Paşinyan hərbi forması olanlara müraciət edərək onları mərkəzi hərbi komissarlığa təhvil vermələrini xahiş edib.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …