Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir

Ermənistanın Kotayk vilayətinin Ptqni icmasının sabiq başçısı Arakel Virabyan 2000-2021-ci illər arasında 22 torpaq sahəsinə qanunsuz sahib olmaqda və dövlətə 182 milyon dram (454 min dollar) məbləğində ziyan vurmaqda ittiham olunur.

Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

O, xüsusilə böyük məbləğdə pulların yuyulması və əmlakın mənimsənilməsində ittiham olunur.

Bundan əlavə, beş nəfərə qarşı bu cinayətlərdə əlbir olmağa dair ittiham irəli sürülüb.

İcmanın keçmiş başçısı və onun oğullarından biri bu ilin may ayında saxlanılıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …