Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistanda keçmiş və indiki qubernatorların oğulları arasında atışma düşüb, ölənlər var

Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yayıb.

Bildirilib ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var.

Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin vaxt atasının evinin yanında ölümlə nəticələnən atışmaya görə Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …