Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırılıb

Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.

Boyukmillet.com xəbər verir ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Mühafizəçi mitinqi aparan şəxsi tuta bilib, daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …