Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın himayədarlarına xəbərdarlıq: “Biz bu məsələni birdəfəlik həll edəcəyik”

Xəbər verdiyimi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. 

Son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir.

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında Ermənistanı himayə edən dövlətlərin onun başına ağıl qoymağa çağırıb.

“Əks halda Ermənistanın bölgədə mövcudluğu sual altındadır. Çar Rusiyası erməniləri iki əsr əvvəl bölgəyə gətirib oyuncaq dövlət qurub. Onlar  da 100 ildən çoxdur ki, bölgə qan töküblər, soyqırımlar törədiblər. Görünür ki, biz bu məsələni birdəfəlik həll etməli olacağıq”,-deyə hərbi ekspert bildirib.

E.Həsənli qeyd edib ki, ermənilər dövlət qura bilməyiblər: “Onlar müxtəlif dövlətlərin əlində oyuncaqdırlar. Müxtəlif dövrlərdə ABŞ-ın, Fransanın və Rusiyanın əlində oyuncaq olublar. Ermənistan dövlət kimi ləğv edilməlidir. Onlar Türkiyənin və Azərbaycanın himayəsində yaşasınlar və Ermənistana Azərbaycan tərkibində muxtar respublika status verilsin”.

Hərbi ekspert bildirib ki, ermənilər hər zaman olduğu kimi yenə beynəlxalq hüquq normalarını pozur və atəşkəsə əməl etmir: “Ermənistan 10 noyabr 2020-ci il bəyanatına və 11 yanvar 2021-ci il bəynatının tələblərini və razılaşmanı pozur. İndi əvvəlki atəşkəs razılaşmasından fərqli stuasiya yaranıb. Rusiya prezidentinin bu razılaşmada imzası və bölgədə Rusiyanın sülhməramlıları var. Eyni zamanda Türkiyə Rusiya ilə birgə atəşkəsə nəzarətlə bağlı monitorinq qrupu fəaliyyət göstərir.

Ermənsitanın atəşkəsi pozamasına görə məsuliyyəti həm də Rusiya dövləti daşıyır. Rusiya sülhməramlılarının işi ondan ibarətdir ki, Qarabağdakı seperatçı qüvvələri  və terrorçular ərazidən çıxarılsın, atəşkəsə əməl edilsin, Azərbaycan-Ermənsitan sərhədləri müəyyənləşdirilsin, sülh müqaviləsi imzalansın və bütün nəqliyyat dəhlizləri açılsın.

Qərbin, xüsusilə Fransanın dəstəyi ilə bölgədə sabitliyi pozmaq istəyir. Fransanın Cənubi Qafqazda heç bir təsir imkanları yoxdur. Ermənistan üzərindən yenidən ATƏT-in həmsədri kimi proseslərə qayıtmaq istəyir. Amma bu mümkünsüzdür.  Artıq münaqişə bitib. Əgər Ermənistan təxribatçı fəaliyyətini davam etdirərsə, cəzası daha ağır olacaq.  Biz 2016-cı ildən əvvəl də bunu deyirdik. Azərbaycan Prezidenti bəyan edirdi ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. Getmədi, məhv oldu. Ermənsitan ordusunun canlı qüvvəsi və texnikası darmadağın edildi. Ermənistan iqtisadiyyatı yaxın 30 ildə özünə gələ bilməyəcək. Uzun müddətli kreditlə aldıqları silahların hamısı sıradan çıxdı .

İndi də ehtiyyatla olan hərbçiləri yığıb təlim keçirlər. Niyə keçirirlər? Bu dəfə cəza ağır olacaq. Vətən müharibəsində onların başına dəmir yumruq dəydi, onların başı əzildi və onlar torpaqlarımızdan rədd olub getdilər. Onları buna Azərbaycan əsgəri məcbur etdi. Necə ki bunu ATƏT-in Minsk qrupunun sədri kimi Rusiya, ABŞ vər Fransa etməliydi. Onlar BMT-nin Təhükəsizlik Şurasının qərarlarını icra etmək üçün öhdəlik götürmüşdülər.

Azərbaycanın Daxili İşlər Nazirliyinin bir hərbi hissəsi yetərlidir ki, Qarabağda anti-terror əməliyyatı keçirsin, Araik Harutyunyanın və digərlərinin qulağından tutub həbsə atsın”.

Ramid İbrahimov

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …