Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ermənistanın məqsədi danışıqları pozmaq, və status-kvonu dəyişməz saxlamaqdır…”

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regionda müharibəni qaçılmaz edir. Ermənistan  rəhbərliyinin  açıq aşkar terroa dəstək verməsi, terror qrulaşmaları ilə rəsmi və qeyri rəsmi əlaqələrinin olması dünyada sülhə qarşı təhdiddir. Xüsusən son günlərdə Dağlıq Qarabağda terrroçu qruplaşmaları yerləşdirməsi və orada onlar üçün şəraitin yaradılması nəyinki regionda eləcə də, dünyada insanların sülh və əminamlıq şəraitində yaşamasına qarşı təxribatdır.
Həmçinin bu gün dünya ictimaiyyəti bilir ki, Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılması beynəlxalq konvensiyalara zidd olmaqla, cinayətdir. Ermənistanın baş nazirinin şərt dilində danışmağa heç bir haqqı yoxdur. Azərbaycan heç nəyə yaramayan şərtləri tamamilə rədd edir. Bizim  bir şərti var, düşmən qoşunları bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar.
Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində müsahibəsində qeyd etdiyi fikirlər Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoyur.  Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. 
Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Beynəlxalq hüquq normalarını ard-arda pozan Ermənistan rəhbərliyi müstəqil siyasət yüyrütmək iqtidarında deyl və bunu da açıq aşkar nümayiş etdirir. Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, o zaman Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir? Qanunsuz məskunlaşdırma, bundan əlavə, Şuşada qondarma rejimin “rəhbəri”nin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır.
Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar. Ermənistanda gənc nəsli faşizm-nasizm ideologiyası ilə böyüdürlər. 
Bu gün Azərbaycan veteranları erməni siyasətinin mənfur və riyakarlığını dünyaya çatdırması üçün əlindən gələni əsirgəmir. Torpaqlarımızın azadlığı üçün xalqımızı daha da möhkəm olmağa, birliyə səsləyir. İnanırıq ki, tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək və qələbə bayrağımız Şuşada, Xankəndində, Xocalıda dalğalanacaq. 


Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …