Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın qanunsuz seçilmiş eks-prezidentinə qarşı cinayət işi İstintaq Komitəsinə göndərilib

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi ölkənin İstintaq Komitəsinə verilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ermənistanın dördüncü prezidenti Armen Sarkisyana qarşı cinayət işi tabelik qaydasında İstintaq Komitəsinə göndərilib”, – Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti iş üzrə istintaq hərəkətlərinin aparıldığını xəbər vermişdi.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan ötən il yanvarın 23-də istefa verib. O, bu qərarını lazımi səlahiyyətlərinin olmaması ilə əsaslandırıb. Sarkisyanın sözlərinə görə, bu, prezidentin siyasi proseslərə təsir göstərməsinə imkan vermir.

Ertəsi gün “Hetq.am” saytı Sarkisyanın prezident seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent Kitts və Nevisin vətəndaşlığına malik olması barədə məlumat yayıb. Onun prezident seçilmək hüququ yox idi.

Nəşrin məlumatına görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsindəki Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …