Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ermənistanın XİN rəhbəri NATO sammiti çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Ermənistan XİN rəhbəri NATO sammiti çərçivəsində NATO tərəfdaşları ilə keçiriləcək tədbirdə, həmçinin alyansın 75 illiyinə həsr olunmuş digər tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …