Keçən ilin yayında İrəvanda polis alayının binasını silahlı yolla ələ keçirən “Sasna tser” adlı bandanın üzvlərinin iyunun 8-nə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, İrəvan administrasiyasının Erebuni və Nubaraşen rayonlarının məhkəməsində idarəolunmaz vəziyyətin yaranması hakimi prosesi təxirə salmağa vadar edib. Hakim Artuş Qabrielyan məhkəmə zalında sakitliyin yaranmasına nail ola bilməkdən ötrü xəbərdar edib ki, əgər iştirakçılar sakitliyə riayət etməsələr, prosesi təxirə salacaq. Lakin onun bu xəbərdarlığı da işə yaramayıb. Mühakimə olunan banda üzvləri hakimin dediklərinin əvəzində “siz bizim ağzımızı bağlaya biləzsiniz, bizim səsimiz sizinkindən daha möhkəm eşidilməlidir”-deyə, ona meydan oxuyublar. Bunun ardınca zaldakı proses iştirakçıları da səs-səs veriblər. Belə olduqda hakim A.Qabrielyan zalı tərk edib. Daha sonra isə prosesin 21 iyunadək təxirə salındığı elan olunub. Erməni mətbuatı yazır ki, hazırda məhkəmə binasının qarşısında mühakimə olunan banda üzvlərinə dəstək aksiyası davam edir.