Cümə , 26 Aprel 2024
Drone Cameras

Ersan Saner: “Anastasiadisin sözləri bardağı daşıran son damla oldu”

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersan Saner BRT-də (Bayraq Radio Televiziyası) yayımlanan 45+ proqramına telefonla qatılaraq, gündəmlə bağlı suallara cavab verib.

Boyukmillet.com xəbər verir ki, Ersan Saner Kipr məsələsindəki əsas problemin kiprli yunanların adada Kipr Türkləri ilə heç bir şey paylaşmaq istəməməsindən qaynaqlandığını söyləyib. 

“Kiprli yunanlar Yunanıstanla bilrikdə “Megali İdea”nı gerçəkləşdirmək üçün BMT-dən istifadə edərək, mövcud status-kvonu davam etdirməyi və bu sayədə də tanınmış bir Kipr Cümhuriyyəti olaraq da yollarına davam etməyi arzulayırlar”, deyə o bildirib.

Baş nazir qeyd edib ki, yunan tərəfi anlaşmalardan qaçmaq üçün sanki Kipr Türk tərəfi ilə ilk dəfə belə bir şey ortaya qoymuş kimi ssenari cızır.

Ersan Saner yunan lider Nikos Anastasiadisin Paska ilə bağlı yayımladığı mesajdaki ifadələrinə də etiraz edib: 

“Biz 1571-də Osmanlı adanı aldığı zaman buraya gəlib, burada yaşayan Kipr Türk xalqıyıq. Bizim suverenliyimizdən danışmaq, sorğulamaq Anastasiadisin həddinə düşmədi. Anastasiadisin sözləri bardağı daşıran son damla oldu”.

Check Also

Rəsmi Bakı Avropa Parlamentini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

XİN təşkilatın qəbul etdiyi qətnaməni əsassız sayır Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin 25 …