Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ersin Tatar Avstraliyanın Ali Komissarını qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Avstraliyanın Ali Komissarı Samuel Beeveri qəbul edib.

Boyukmillet.com xəbər verir ki,  ŞKTC Prezident Adminstrasiyasından verilən açıqlamaya görə, Ersin Tatar Kipr Türk tərəfinin Kipr məsələsi ilə bağlı vizyonunu suveren bərabərlik əsasında izah edib və bunun davamlı sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.

Ersin Tatar hər şeydən əvvəl iki tərəf arasında etimad yaratmaq üçün Kipr Türk tərəfinə tətbiq olunan haqsız təcridin aradan qaldırılmasına diqqət çəkib. 
Bölgədəki təbii sərvətlərlə əlaqədar qanuni hüquqlarını vurğulayan Prezident Tatar, Şərqi Aralıq dənizindəki inkişafları və beynəlxalq birliyin Kiprli Türklərə qarşı tətbiq etdiyi ayrı-seçkiliyin aradan qaldırılması lazım olduğunu bildirib.

Görüş zamanı Prezident Tatar həmsöhbətinə Kipr Türk tərəfinin aprelin sonunda Cenevrədə keçiriləcək 5 + BMT-nin qeyri-rəsmi görüşünə konstruktiv və səmimi hazırlaşdığını anladıb.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …