Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ersin Tatar: “Baş yepiskopa təpki yunan rəhbərliyinin dözümsüzlüyünün dərəcəsini göstərir”

“Nyu-Yorkda sentyabrın 20-də Türk Evinin açılışına qatılan Amerikanın Baş yepiskopu Elpidoforosa göstərilən təpki və edilən çirkin hücumları üzüntü ilə qarşılayırıq”. 

Boyukmillet.com xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bir çox dünya lideri ilə yanaşı, BMT Baş katibinin də qatıldığı bu toplantıya ən böyük iki səmavi dinin təmsilçilərinin qatılması dünya barışı baxımından alqışlanması gərəkən bir davranış ikən, rum-yunan ikilisinin buna təpki göstərərək, bu təpkini rum-yunan liderlərinin Baş yepiskopla görüşməkdən vaz keçmə nöqtəsinə daşımaları ibarət verici olaylardır. 

Siyasi motivli bu hərəkətlər rum və yunan tərəflərinin təəssübkeşlik və dözümsüzlük səviyyəsini göstərir. Kiprdə barışıq üçün səy göstərildiyi bir dövrdə, iki xalq arasında inamsızlığı daha da dərinləşdirəcək bu cür davranışların yuxarıda göstərilən səylərə zərər verəcəyi aşkardır. Bu cür qəbuledilməz hərəkətləri qınayırıq və beynəlxalq birliyin lazımi nəticələr çıxarmasını gözləyirik”. 

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …